Bank Of Baku

Azərbaycan əhalisi MDB əhalisinin 3,11 faizini təşkil edir

Azərbaycan əhalisi MDB əhalisinin 3,11 faizini təşkil edir
# 07 fevral 2009 11:46 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilir ki, MDB ölkələrində 2008-ci ildə məcmu əhali artımı 1 mln. nəfər təşkil edib. Nəticədə MDB əhalisinin sayı 281 mln. nəfərə çatıb. MDB əhalisinin 3,11%-i Azərbaycanın payına düşür.

2008-ci ildə MDB-yə daxil olan 11 ölkədən yalnız 6-da əhali artımı müşahidə olunub. Azərbaycandan başqa, bu siyahıya Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. 2008-ci il üzrə təqdim olunan statistik məlumatlara görə, Azərbaycanda əhali artımı 100 400 nəfər, yaxud 1,16% təşkil edib. Demoqrafik artım templərinə görə 3,19% göstərici ilə Tacikistan liderlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR