Bank Of Baku

Bakının Nərimanov rayonunda polislə sakinlərin görüşü keçirilib

Bakının Nərimanov rayonunda polislə sakinlərin görüşü keçirilib
# 08 fevral 2009 08:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fevralın 7-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 51/59 ünvanında Rayon Polis İdarəsi (RPİ) 11 saylı inzibati ərazinin rəisi, polis mayoru Elnur Quliyevin sakinlərlə görüşü keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Nərimanov RPİ-nin rəisi, polis polkovniki Muradəli Babayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Şahmar İbadov və BŞBPİ İcTİ-nin şöbə müdiri, polis polkovnik-leytenantı Daşqın Mehdiyev də iştirak edib. Nərimanov RPİ-nin rəisi Muradəli Babayev rayon ərazisində 2008-ci il ərzində baş vermiş kriminal hadisələrdən, onların baş vermə səbəblərindən və bu tip hadisələrdə vətəndaşların polisə etdiyi və edəcəyi kömək, digər məsələlərlə bağlı fikirlərini bildirib.

Mayor Elnur Quliyev ötən il ərzində inzibati ərazidə görülən işlərdən danışıb. Rəhbərlik etdiyi qurumun ictimaiyyətlə polis arasında körpü rolu oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, inzibati ərazi sahəsində üç sahə inspektoru, bir yetkinlik yaşına çatmayanlar üzrə inspektor və İctimai Şura fəaliyyət göstərir. İnzibati ərazi rəisi geniş səlahiyyətlərə malikdir və ərazidə baş verən hər hansı qanun pozuntusunun qarşısını almağa və yerində inzibati tədbir görməyə qadirdir. İctimai Şura ərazidə tanınmış ağsaqqallardan, ziyalılardan təşkil olunur. Şura adətən mübahisəli məsələlərin həllinə baxır, onların inzibati qaydada həllini qabaqlamağa çalışır. 11 saylı inzibati ərazidə polislə ictimaiyyətin əməkdaşlığı yaradılıb ki, qazanılan uğurların əsasında da bu dayanır.

Nərimanov RİH başçısının 1-ci müavini Şahmar İbadov və BŞBPİ İcTİ-nin şöbə müdiri Daşqın Mehdiyev də qeyd olunan məsələlərlə əlaqədar fikirlərini bildiriblər.

Çıxışlardan sonra ictimaiyyətin nümayəndələri, ağsaqqallar inzibati ərazidə polisin işindən razılıqları bildirib, sual və təkliflərlə müraciət ediblər.

Ümumi rəy belə olub ki, bu cür tədbirlərin mütəmadi keçirilməsi, polislə ictimaiyyətin görüşlərin təşkil edilməsi davam etdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR