Bank Of Baku

Kvemo-Kartli bölgəsində hər ailəyə 50 kiloqram mineral gübrə verilməyə başlanıb

Kvemo-Kartli bölgəsində hər ailəyə 50 kiloqram mineral gübrə verilməyə başlanıb
# 09 fevral 2009 07:24 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli bölgəsində şəxsi təsərrüfatların inkişaf etdirilməsi üçün hər ailəyə 50 kiloqram mineral gübrə verilməyə başlanıb. Gürcüstan Parlamentinin deputatı Ramin Bayramovun APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, verilən yardım ölkə prezidentinin təşəbbüsü ilə həyata keçirilir. Dünən ayrılan yardım Qardabani rayonunun Qamarcveba, Vaxtanqisi, Kalinino, Teleti kəndlərində yaşayan ailələrə paylanıb. Yaxın günlərdə 30 min təsərrüfat mineral gübrə alacaq.
Bu gün isə Marneuli rayonuna da 6 vaqon mineral gübrə gətirilib. Rayon bələdiyyəsinin sədri Ayvaz İsmayılov APA-ya bildirib ki, 36 min təsərrüfat bu gübrədən bəhrələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR