Bank Of Baku

Azərbaycanlı həkim ABŞ-da keçirilən tibb forumunda MDB ölkələrini təmsil edib

Azərbaycanlı həkim ABŞ-da keçirilən tibb forumunda MDB ölkələrini təmsil edib
# 09 fevral 2009 07:37 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov – APA. Azərbaycanlı həkim fevralın 6-7-də ABŞ-ın Dallas şəhərində “3M İmtec” şirkətinin keçirdiyi beynəlxalq konfransda MDB məkanını təmsil edib. Azərbaycanda diş implantasiyasının hazırkı səviyyəsi barədə məruzə ilə çıxış edən tibb elmləri namizədi Cabbar Həsənov APA-nın ABŞ bürosuna bildirib ki, konfransa ABŞ, Türkiyə, Çin, Kanada, Avstriya və digər ölkələrdən 30-a yaxın aparıcı mütəxəssis qatılıb. Müzakirələrdə əsas diqqət diş implantologiyası sahəsində mövcud olan müasir texnologiyaların tətbiqinə yönəlib. C. Həsənov gələn il Azərbaycana “kompüter dəstəkli istehsal” tipli avadanlığın gətirilməsinin nəzərdə tutulduğunu söyləyib. Bu avadanlıq lazer vasitəsilə vətəndaşın ağız nahiyəsinin ölçülərini götürərək həkimin müdaxiləsi olmadan ona implantasiya olunacaq diş hazırlayır. C. Həsənov deyib ki, bu texnologiyanın tətbiqi nəticəsində vətəndaşlar cəmi iki dəfə həkimin yanına gəlməklə dişlərinin implantasiyasına nail ola biləcəklər. Hazırda isə eyni prosedura görə 5 dəfə həkimin yanına getmək tələb olunur.

Qeyd edək ki, C. Həsənov 1986-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədridir və bu günə kimi diş implantasiyası sahəsində 100-ə yaxın mütəxəssis yetişdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR