Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun telefon məlumat xidmətinə üç ayda 4 minədək müraciət daxil olub

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun telefon məlumat xidmətinə üç ayda 4 minədək müraciət daxil olub
# 09 fevral 2009 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) «190» nömrəli telefon məlumat xidmətinə son üç ay ərzində 3 963 müraciət daxil olub.
DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, 2008-ci ilin oktyabrın 14-dən fəaliyyətə başlayan bu xidmət növünə əhali arasında maraq tədricən artır. Belə ki, bu ilin yanvar ayından məlumat xidmətindən istifadə edənlərin sayı daha da çoxalıb. Sorğuların təhlili isə belə bir nəticəni ortaya qoyub ki, müraciətlər arasında pensiya məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil edir. Xidmətə ünvanlanan bu qəbildən olan müraciətlərin sayı 2 259 olub. Məcburi dövlət sosial sığortası ilə bağlı müraciətlər də azlıq təşkil etməyib və bu sahə ilə bağlı 584 müraciət cavablandırılıb. Fərdi uçotun təşkilinə dair sorğuların sayı isə 380 olub, 740 müraciət isə digər məsələləri əhatə edib. Daxil olan müraciətlər arasında Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib və bu müraciətlərlə bağlı vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə olunub. Ümumilikdə, «190» telefon məlumat xidmətinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR