Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın sonunda müsabiqə və müsahibə elan edəcək

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın sonunda müsabiqə və müsahibə elan edəcək
# 09 fevral 2009 09:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın sonunda müsabiqə və müsahibə elan edəcək. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqə və müsahibə dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçiriləcək. Müsabiqə mərhələsinə 3 dövlət orqanı (Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi) üzrə 68, müsahibə mərhələsinə isə 6 dövlət orqanı (Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət KOmitəsi) üzrə 20 vakant vəzifə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR