Bank Of Baku

Kür və Araz çaylarında çirkləndiricilər normadan dəfələrlə çoxdur

Kür və Araz çaylarında çirkləndiricilər normadan dəfələrlə çoxdur
# 09 fevral 2009 11:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvarın III ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini dəfələrlə keçib. Kürün Ağstafaçay məntəqəsində və Ağstafaçay Su Anbarında suyun əsas çirkləndiricilərindən olan fenollar 2 dəfə, Şıxlı-2 məntəqəsində 4 dəfə, mis birləşmələri hər üç məntəqədə 3 dəfə normanı ötüb. Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar yol verilən həddi Horadiz məntəqəsində 3 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə keçib. Mis birləşmələri isə Horadiz məntəqəsində normanı 4 dəfə, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,46-8,93 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR