Bank Of Baku

Parlamentdə “Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması” mövzusunda konfrans keçiriləcək

Parlamentdə “Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması” mövzusunda konfrans keçiriləcək
# 09 fevral 2009 12:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Fevralın 11-də parlamentdə Azərbaycan Milli Məclisi, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Avropa Şurası və DAİ (Development Alternatives İnc) tərəfindən birgə təşkil olunan “Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması” mövzusunda konfrans keçiriləcək. APA-nın məlumatına görə, “Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Strategiyasına Dəstək Layihəsi” çərçivəsində təşkil ediləcək konfransda ölkənin qanunvericilik prosesinin müxtəlif aspektləri, beynəlxalq təcrübə və əldə edilən nəticələr, o cümlədən qanunvericilik prosesinin xüsusiyyətlərinə icra hakimiyyətinin yanaşması, Milli Məclisin daxili nizamnaməsi və digər məsələlər müzakirə olunacaq.
Konfransda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Avropa Şurası Əməkdaşlıq Direktorluğunun rəhbəri Marqaret Killerbi, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi və digər şəxslər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR