Bank Of Baku

Fevralın 10-dan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda qar yağacaq

Fevralın 10-dan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda qar yağacaq
# 09 fevral 2009 12:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, bu müddətdə havanın temperaturunun ötən günlərə nisbətən 3-5 dərəcə düşəcəyi, yağıntılı olacağı, respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi ehtimal olunur.

Bakıda fevralın 10-dan 11-ə keçən gecədən fevralın 12-si axşamadək fasilələrlə yağıntı olacaq. Fevralın 11-də gündüz, 12-də gecə və səhər şimal küləyinin saniyədə 15-20 olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.

Fevralın 12-də axşam külək mülayimləşəcək.

Həftənin son günlərində havanın nisbətən sabitləşəcəyi, yalnız gecə və səhər saatlarında duman və zəif çiskin olacağı ehtimalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR