Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artacaq

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artacaq
# 09 fevral 2009 13:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ehtiyac meyarının həddinin artması nəticəsində bu il ünvanlı sosial yardım alan ailələrin sayı 20 faiz artacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov APA-ya bildirib ki, bu ilin yanvarın 1-dən ehtiyac meyarının həddi 60 manata çatdırılıb. Bu da yaşayış minimumuna nisbətdə 71,4% təşkil edir.
N. Qasımov qeyd edib ki, hazırda ölkə üzrə 163409 ailə ünvanlı sosial yardım alır. Onların 41,7%-i çoxuşaqlı, 15%-i isə əlil üzvü olan ailələrdir. Yardım alan ailələrin 90%-də uşaq var. Bu isə o deməkdir ki, yardım alan ailə üzvlərinin 47,1%-i uşaqlardır.

N. Qasımovun sözlərinə görə, təhlillər zamanı müəyyən edilib ki, Azərbaycanda ailələrin yoxsulluq həddində yaşamalarının əsas səbəblərindən biri ailələrdə uşaqların sayının çox olmasıdır. Yardım alan ailələrdən 77,4%-i dövlətdən ilk dəfə yardım alanlardır. Hazırda yardım alan ailələrin 89,2%-i bu vəsaiti plastik kartla alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR