Bank Of Baku

Təhsil Nazirliyi Almaniyanın ali məktəblərində təhsil almaq üçün müsabiqə elan edib

Təhsil Nazirliyi Almaniyanın ali məktəblərində təhsil almaq üçün müsabiqə elan edib
# 09 fevral 2009 13:49 (UTC +04:00)
ⅦBakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi ölkə prezidentinin 2007-ci ilin aprelində təsdiqlədiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Nazirlikdən APA-ya verilən məlumata görə, bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə Azərbaycanın universitetlərində ikinci və ya üçüncü kurslarda təhsil alan və bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı, 550 bal, digər sahələr üzrə ən azı, 600 bal toplayan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Magistratura pilləsində təhsil almaq üçün 2008-2009-ci tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin IV kursu və yaxud magistratura pilləsinin I kursunda təhsil alan, magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı, 80 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini fevralın 27-dək təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR