Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində məlumat mərkəzi yaradılır

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində məlumat mərkəzi yaradılır
# 09 fevral 2009 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) tərkibində məlumat mərkəzi və bildiriş orqanı yaradılır. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.
Məlumat mərkəzi və bildiriş orqanı Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) tərəfindən həyata keçirilən «Özəl sektorun inkişafına yardım Layihəsi»nin standartlaşdırma komponenti üzrə yaradılır. Bu qurum Azərbaycanda qüvvədə olan standartları və digər texniki qanunvericilik bazasını cəmləşdirəcək məlumat mərkəzi həmçinin yeni qəbul olunan normativ-texniki sənədlər üzrə bildiriş orqanı kimi də fəaliyyət göstərəcək.
Bu sahədə Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 nəfərdən ibarət işçi qrupu Litvada səfərdə olub. Səfərin məqsədi Litva Standartlaşdırma Departamentində məlumat mərkəzi və bildiriş orqanının fəaliyyəti ilə yaxından tanış olmaq, oranın qanunvericilik bazası ilə maraqlanmaq, standartların idarə olunması sistemi üzrə praktiki bilikləri əldə etmək, texniki komitələrin fəaliyyətini öyrənmək olub.
Qeyd edək ki, bu il Azərbaycanla Litva arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə ikitərəfli saziş layihəsinin imzalanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR