Bank Of Baku

Gülçöhrə Məmmədovaya Fransanın ali “Akademik Palma” kavaler ordeni təqdim olunub

Gülçöhrə Məmmədovaya Fransanın ali “Akademik Palma” kavaler ordeni təqdim olunub
# 09 fevral 2009 15:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya Fransanın ali “Akademik Palma” kavaler ordeninin təqdim olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, orden və Fransanın baş nazirinin imzaladığı diplomu Gülçöhrə Məmmədovaya Fransanın Azərbaycandakı səfiri Qabriel Keller təqdim edib. “Akademik Palma” ordeni Napoleon Bonapartın dövründən bəri Fransada elm və mədəniyyət sahəsində təqdim olunan ən yüksək orden sayılır. Bu orden bir qayda olaraq ölkə vətəndaşlarına təqdim olunsa da, bu yaxınlarda Fransa hökuməti elm və mədəniyyət sahəsində xüsusi xidmətləri olan xarici vətəndaşların da “Akademik Palma” ordeni ilə təltifinə icazə verilməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR