Bank Of Baku

Tələbələr üçün Qış Təcrübə Məktəbi keçiriləcək

Tələbələr üçün Qış Təcrübə Məktəbi keçiriləcək
# 09 fevral 2009 15:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər və İdman nazirliyi tələbələr üçün Qış Təcrübə Məktəbi keçirəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 19-21 fevral, 27 fevral -1 mart və 3-5 mart tarixlərində “Tələbə Liderlər” mövzusunda keçiriləcək Qış Təcrübə Məktəbində Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Neft Akademiyasının, İqtisad Universitetinin, Pedaqoji Universitetin, Tibb Universitetinin, Bakı Slavyan Universitetinin, Dillər Universitetinin tələbə-gənclər təşkilatlarının üzvləri və ictimai fəal tələbələr iştirak edəcək. Qış məktəbinin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının rəhbər və üzvləri, ictimai fəal tələbələri arasında liderlik xüsusiyyətinin aşılanması, idarəetmə vərdişlərinin mənimsənilməsi, layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı biliklərin verilməsidir. Qış Təcrübə məktəbində ”Dövlət gənclər siyasətinin əsas istiqamətləri”, “Gənclər və İdman Nazirliyi ilə tələbə-gənclər təşkilatlarının əməkdaşlıq əlaqələri”, “Liderlik və komandanın formalaşdırılması”, “Tələbə təşkilatlarının daxili idarəetmə strukturu: effektiv idarəetmə, planlaşırma və məqsədlərin dəqiq müəyyənləşdirilməsi” mövzularında təlimlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR