Bank Of Baku

Azərbaycanla Yaponiya arasında 319 milyon dolları məbləğində kredit layihəsi üzrə sənəd imzalanıb

Azərbaycanla Yaponiya arasında 319 milyon dolları məbləğində kredit layihəsi üzrə sənəd imzalanıb
# 10 fevral 2009 09:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan və Yaponiya hökumətləri arasında “Kiçik şəhərlərdə su təchizatının və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi” kredit layihəsi üzrə notalar mübadiləsi üzrə sənədlər imzalanıb. APA-nın Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən məlumatına görə, sənədləri Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifov, Yaponiya tərəfindən bu ölkənin Bakıdakı səfiri Masamitsu Oki imzalayıblar. Bu layihə Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardım Kredit Proqramı çərçivəsində həyata keçiriləcək 319 mln. ABŞ dolları məbləğində olan bir layihədir. Onun əsas məqsədi Azərbaycanın 10 rayonunda (Şirvan, Xaçmaz, Salyan, Netfçala, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan və Naftalan) su təchizatı və kanalizasiya sistemlərini bərpa etməkdir. Həmin layihədən 700 min nəfər bəhrələnəcək. Qeyd edək ki, 1998-ci ildən etibarən Yaponiya hökuməti Azərbaycanda ümumi dəyəri 665 milyon ABŞ dolları olan 4 kredit layihəsi həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR