Bank Of Baku

Məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış təlim vəsaitlərinin təqdimatı keçirilib

Məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış təlim vəsaitlərinin təqdimatı keçirilib
# 10 fevral 2009 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Təhsil Nazirliyi ilə “Çaşıoğlu” şirkəti tərəfindən hazırlanmış məktəbəqədər təhsil müəssisələri üçün təlim vəsaitlərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, məktəbəqədər təhsil dünyanın inkişaf etmiş ölkələrində əsas təhsil pilləsi sayılır, lakin Azərbaycanda 10 il əvvəl təhsil islahatları müxtəlif səbəblər ucbatından məktəbəqədər təhsildən deyil, ümumi orta təhsil bazasından başlayıb. M. Mərdanov deyib ki, 2007-ci ilin aprelində ölkə prezidenti tərəfindən məktəbəqədər təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunduqdan sonra Bakıda 11 yeni uşaq bağçası tikilib, 21 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunub. Son 1 il ərzində isə bağçalara gedən uşaqların sayı 1300 nəfər artıb. Nazir qeyd edib ki, məktəbəqədər müəssisələr üçün hazırlanan təlim materialları dövlət büdcəsi hesabına çap olunub və bağçalara çatdırılıb. Lakin şirkət bu vəsaitləri çap edərək satışa buraxa da bilər.

Milli Məclisin Elm və Təhsil Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev isə yeni təhsil qanununda məktəbəqədər təhsillə bağlı bir neçə müddəa olduğunu söyləyib. Komissiya sədrinin sözlərinə görə, yeni qanun layihəsi məktəbəqədər təhsilin 3 yaşdan başlamasını, 5 yaşlı uşaqlar üçün icbari olmasını nəzərdə tutur. Ş. Hacıyev bildirib ki, Azərbaycanda məktəbəqədər təhsilin səviyyəsini qaldırmaq üçün çox işlər görmək lazımdır. Çünki Avropa ölkələrində uşaqların 90 faizi məktəbəqədər müəssisələrə cəlb olunsa da, Azərbaycanda bu rəqəm heç 20 faizə çatmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR