Bank Of Baku

2011-ci ilədək məktəbəqədər təhsil kurrikulumu hazırlanacaq

2011-ci ilədək məktəbəqədər təhsil kurrikulumu hazırlanacaq
# 10 fevral 2009 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın iki il ərzində məktəbəqədər təhsilin kurikulumu hazırlanacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, məktəbəqədər təhsilin inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində uşaq bağçalarının maddi-texniki bazası gücləndirilsə də, məktəbəqədər təhsilin məzmununa da dəyişiklik etmək lazımdır. Bu isə məktəbəqədər təhsilin kurrikulumunun hazırlanmasını zəruri edir. Nazir deyib ki, hazırda parlamentin müzakirəsində olan yeni təhsil qanununda 5 yaşlıların icbari şəkildə məktəbəqədər təhsilə cəlb edilməsi nəzərdə tutulur: “Lakin hazırda paytaxtdan kənarda və ucqar rayonlarda olan məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət o qədər də yaxşı deyil. Etiraf edirəm ki, xüsusən rayonlarda biz bu işə hazır deyilik. Hazırda dünyanın bir çox ölkəsində alternativ məktəbəqədər tərbiyə müəssisələrinin xidmətlərindən istifadə olunur. Bakının özündə də bir neçə özəl məktəbəqədər tərbiyə müəssisəsi var”. M. Mərdanov bir neçə il əvvəl 200-dək məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməyə çıxarıldığını xatırladaraq bağçaların yenidən özəlləşdirilməyə çıxarılmasının gözlənilmədiyini söyləyib: “Bağçalar bir dəfə özəlləşdirilib, daha özəlləşdirmə olmayacaq. Hazırda biz dövlət bağçalarının sayının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş aparırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR