Bank Of Baku

Qadın Zorakılığı Əleyhinə Müdafiə Komitəsi yaradılıb

Qadın Zorakılığı Əleyhinə Müdafiə Komitəsi yaradılıb
# 10 fevral 2009 10:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qadın Zorakılığı Əleyhinə Müdafiə Komitəsinin yaradılması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, müdafiə komitəsinin həmtəsisçisi Mehriban Zeynalova bildirib ki, qurum “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, Qadın Profilaktika və Məsləhət Mərkəzinin, Siyasi Plüralizm İnstitutunun, “Lex Consult” hüquq şirkətinin və ekspert-psixoloq Samir Əhmədovun təşəbbüsü ilə yaradılıb. Komitə ölkədə qadınlara qarşı siyasi, iqtisadi, ictimai zəmində baş verən bütün zorakılıq halları ilə bağlı monitorinqlər aparmaq, problemin həlli yönündə ictimai vəkillik fəaliyyətini və beynəlxalq səviyyədə mövcud təcrübəni milli dəyərlərimizə uyğunlaşdıraraq həyata keçirmək niyyətindədir. M. Zeynalova deyib ki, son illər Azərbaycanda da qadınlara qarşı zorakılıq halları baş verir. Onun sözlərinə görə, bu hallarla mübarizə aparmaq üçün ictimaiyyətin dəstəyinə ehtiyac duyulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR