Bank Of Baku

Bu il bakalavr pilləsinə tələbə qəbulu yeni təsdiqlənmiş ixtisaslar əsasında aparılacaq

Bu il bakalavr pilləsinə tələbə qəbulu yeni təsdiqlənmiş ixtisaslar əsasında aparılacaq
# 10 fevral 2009 10:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 1-ci sayının təqdimatını keçirilib. APA-nın məlumatına görə, M. Abbaszadə bildirib ki, jurnalda 2009-2010-cu tədrisi ili üçün respublika ali məktəblərinə və orta ixtisas məktəblərinə qəbul qaydaları, Nazirlər Kabinetinin təsdiqlədiyi bakalavr ixtisasları siyahısı, ali və orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul proqramları, xüsusi təyinatlı məktəblərə qəbul elanı, fənlər üzrə test tapşırığı nümunələri çap edilib. M. Abbaszadənin sözlərinə görə, son vaxtlar orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbula maraq artıb. Ona görə də bu məktəblərə qəbul proqramları da indidən açıqlanıb.

TQDK sədri qeyd edib ki, bu il Nazirlər Kabineti bakalavr ixtisasları siyahısını təsdiqləyib. Bu il bakalavr pilləsinə tələbə qəbulu həmin ixtisaslar əsasında aparılacaq: “İxtisasların sayı kəskin azalıb. Amma bu, o demək deyil ki, qəbul planı azalacaq. Sadəcə olaraq, ixtisaslar ümumiləşdirilib. İxtisasların yeni siyahısı UNESCO-nun təqdim etdiyi siyahı ilə demək olar ki, tam üst-üstə düşür”.

Yeni siyahının hazırlanmasını Bolonya prosesinin tələblərindən biri olduğunu xatırladan M. Abbaszadə bildirib ki, bu il ixtisasların hansı qrupa aid olduğu da jurnalda qeyd edilib: “Ali məktəblərə tapşırıq verilib ki, yeni tədris planları, proqramları yazsınlar. İlin sonunadək biz bu proqramları əldə edəndən sonra ola bilsin ki, bəzi ixtisasların qrupları dəyişdirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR