Bank Of Baku

Ali məktəblərə qəbul qaydalarına dəyişiklik edilib

Ali məktəblərə qəbul qaydalarına dəyişiklik edilib
# 10 fevral 2009 11:10 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri M. Abbaszadə bildirib ki, bu il müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda nəzərə alınan göstəricilər siyahısına “əsas fənlər üzrə attestat qiymətlərinin cəmi” də daxil edilib: “Uzun illər attestat qiymətləri ilə imtahanda göstərilən bilik səviyyəsi uyğun gəlməyib. Amma son illər bu sahədə müəyyən nəticələr əldə edilib. Bu, xüsusilə əlaçı abituriyentlərə aiddir. Əlaçı abituriyentlərin sayı azalıb, amma onlar həqiqətən imtahanda yaxşı nəticə göstərənlərdir. Artıq əlaçı abituriyentlərin çox az faizi 50 baldan aşağı nəticə göstərir. Buna görə də qəbul qaydalarına ilkin dəyişiklik etmişik ki, eyni miqdarda bal toplayan abituriyentlər arasında formal seçim aparmaq üçün əsas fənlər üzrə attestat qiymətlərinin cəmi də nəzərə alınsın. Əsas fənlər hər ixtisas qrupunda əmsalı iki olan fənlər sayılır”.

M. Abbaszadə deyib ki, bu ildən müsabiqənin ikinci mərhələsində abituriyentlərin əsas fənlər üzrə topladığı nisbi ballardan başqa, attestatda həmin fənlərin cəmi də müqayisə ediləcək. Bu yenilik hər qrupun yalnız öz əsas fənlərinə aiddir: “Bu, bütün attestat qiymətlərinə aid deyil. Biz çox istərdik ki, gələcəkdə eyni balı olan abituriyentlərin ikinci mərhələdə nisbi balı deyil, yalnız attestat üzrə balı müqayisə olunsun. Amma bu, o zaman real ola bilər ki, attestatın da qiymətləri də real olsun”.

M. Abbaszadənin sözlərinə görə, qəbul qaydalarında digər yenilik xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlıdır. Bu il aparılan müzakirələrdən sonra xüsusi qabiliyyət tələb edən ixtisasların iki qrupa bölünməsi qərara alınıb və həmin ixtisaslar şərti olaraq bir və iki ulduzlu adlanır: “Pedaqoji ali məktəblərdə rəsmxət, musiqi, bədən tərbiyəsi kimi xüsusi qabiliyyət tələb edən ixtisaslar var. Həmin ixtisaslar üzrə xüsusi qabiliyyət tələb edən imtahanlar verərək “məqbul” alan abituriyentlər yerləşdirmə zamanı test ballarının müsabiqəsi əsasında qəbul olunacaqlar. Bu yenilik idman və texnoloji dizayn ixtisaslarına da aiddir. İfaçılıq, aktyorluq, rəssamlıq, musiqi ilə əlaqədar digər ixtisaslara gəldikdə, bu ixtisaslar üzrə yerləşdirmə qabiliyyət tələb edən imtahan əsasında aparılacaq. Test imtahanında müəyyən bal toplayan abituriyentlər qabiliyyət imtahanına buraxılacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR