Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şirvanda region bələdiyyələri üçün seminar-müşavirə keçirib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şirvanda region bələdiyyələri üçün seminar-müşavirə keçirib
# 10 fevral 2009 11:19 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Şirvanda region bələdiyyələri üçün seminar-müşavirə keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, müşavirədə ölkə prezidentinin 2008-ci il 10 dekabr 34 saylı fərmanından irəli gələn Torpaq islahatı proqramı çərçivəsində “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları” haqqında məlumat və izahatlar verilib. Tədbirdə Şirvan şəhəri, Salyan, Neftçala, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının bələdiyyə sədrlərinin, DTXK-nın yerli şöbələrinin nümayəndələri iştirak edib. Müşavirə zamanı yeni yaradılacaq hərrac və müsabiqə komissiyalarının funksiyaları, hərrac və müsabiqələrin keçirilmə qaydaları tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Seminar-müşavirəni DTXK-nın icra aparatının rəhbəri Rafiq Süleymanov keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR