Bank Of Baku

Doqquz illik təhsil bazasından texnikumların xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ilk vəsaitlər çap olunub

Doqquz illik təhsil bazasından texnikumların xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ilk vəsaitlər çap olunub
# 10 fevral 2009 12:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlər çap edib. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, abituriyentlər tərəfindən asan qavranılması üçün vəsaitdə əksini tapan materiallar beş kitabça şəklində hazırlanıb. Təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman ixtisasları üzrə olan vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası, onların hansı ali məktəblərdə mövcud olması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, normativlər və s. əksini tapıb. M. Abbaszadə deyib ki, bu il ilk dəfə olaraq əsas təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə də müvafiq materiallar dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR