Bank Of Baku

“Sosial müdafiənin inkişafı” layihəsinin icrasına bu ay başlanacaq

“Sosial müdafiənin inkişafı” layihəsinin icrasına bu ay başlanacaq
# 10 fevral 2009 14:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı (DB) ilə imzalanan “Sosial müdafiənin inkişafı” layihəsinin icrasına bu ay başlayacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, layihə sosial müdafiə sistemi sahəsində ölkədə aparılacaq islahatların keyfiyyətinin artmasına və sürətlənməsinə təkan verəcək. DB-nın Direktorlar Şurasının ötən il mayın 27-də təsdiqlədiyi layihə 2008-2013-cü illəri əhatə edir. Ümumi dəyəri 54,6 milyon ABŞ dolları olan layihədə DB-nın payı 26,7 milyon, Azərbaycan hökumətinin payı 27,9 milyon dollardır. Layihə çərçivəsində əmək bazarı institutları modernləşdiriləcək, milli məşğulluq xidmətləri inkişaf etdiriləcək, sosial təminat sistemi və siyasəti formalaşdırılacaq, proqramlar hazırlanacaq. Bununla yanaşı, Əmək Məcəlləsi təkmilləşdiriləcək, vahid sosial yardımın göstərilməsi təmin ediləcək, sosial xidmətlər üzrə müasir standartlar hazırlanacaq və tətbiq olunacaq, ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək, elektron əsaslı müraciət mexanizmi yaradılacaq, əlillik meyarları yenidən hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR