Bank Of Baku

Qadın məhkumların saxlanıldığı Cəzaçəkmə Müəssisəsində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” əsəri tamaşaya qoyulub

Qadın məhkumların saxlanıldığı Cəzaçəkmə Müəssisəsində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” əsəri tamaşaya qoyulub
# 12 mart 2009 11:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” adlı əsəri tamaşaya qoyulub. APA-nın məlumatına görə, tamaşadan əvvəl çıxış edən Penitensiar Xidmətin rəisi, general-mayor Nazim Ələkbərov müəssisədə cəza çəkən 25 məhkum qadına da Amnistiya Aktının şamil olunacağını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qadınların cinayət törətməsinin qarşısını almaq üçün dövlətin xüsusi tədbirlər həyata keçirdiyini söyləyib. O, 2007-ci illə müqayisədə 2008-ci ildə qadınların törətdiyi cinayətlərin sayının artdığına diqqət çəkib: “Zorakılığa məruz qalan qadınların reabilitasiyası məqsədilə yaradılan mərkəzdə mütəxəssislər cinayətə sövq edən halların qarşısını almaq üçün çalışacaqlar”. H. Hüseynova 2009-cu ildə “Qadın zorakılığına yox deyək” adlı layihənin həyata keçiriləcəyini də açıqlayıb.

Sonra Akademik Milli Teatrın rejissoru Elnar Qarayevin səhnələşdirdiyi tamaşa nümayiş olunub. Rollarda Milli Teatrın aktyorları ilə yanaşı, məhkum qadınlar da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR