Bank Of Baku

Bahar Azərbaycana martın 20-də saat 15.00 radələrində gələcək

Bahar Azərbaycana martın 20-də saat 15.00 radələrində gələcək
# 12 mart 2009 11:44 (UTC +04:00)
Onun sözlərinə görə, fevral ayının 28 və ya 29 gün olmasından asılı olaraq baharın gəlişinin tarixində müəyyən dəyişiklik olur. Adətən bahar ölkəyə martın 20 və 21-i, nadir hallarda isə martın 21-dən 22-nə keçən gecə daxil olur.

Azərbaycan Milli elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun folklor nəzəriyyəsi şöbəsinin müdiri Ağaverdi Xəlil isə APA-ya bildirib ki, bahar Azərbaycana martın 20-si günorta daxil olsa da, ölkədə bayram axşamı mart 20-si qeyd olunacaq: “Baharın gəlişi planetlərin düzülüşünə, gecə ilə gündüzün bərabərləşməsinə əsasən müəyyən olur. Folklor ənənələrinə əsasən isə, Hicri təqvimlə martın 20-si axşam bayram axşamı, martı 21-i isə yeni ilin ilk günüdür. Bu təqdim XI əsrdə Səlcuq sultanı Məlik şah zamanından qəbul olunub və XX əsrə qədər ona əməl edilib”.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin folklor kafedrasının müdiri, professor Azad Nəbiyev APA-ya bildirib ki, köhnə ilin təhvil olduğu, gecə ilə gündüzün bərabərləşdiyi günün axşamı bayram axşamı hesab olunur. A. Nəbiyevin sözlərinə görə, Novruz bayramı bizim eradan 350 min il əvvəl Əhəmənilər dövründən qeyd olunub. Bu bayramın tarixi hətta Zərdüştlükdən də əvvələ gedib çıxır. A. Nəbiyevin sözlərinə görə, Novruz əkinçilik mədəniyyəti ilə bağlı olan yaz bayramıdır. Folklorşünas deyib ki, bayram axşamı süfrəyə bayram şirniyyatı, plovun müxtəlif növləri qoyulmalıdır. Süfrəyə sarımsaq, sirkə kimi acı nemətlər qoymaq olmaz: “Çalışmaq lazımdır ki, süfrədə ət xörəkləri də az olsun. Qədim təsəvvürlərə görə, süfrədə ət yeməyi bol olarsa, insanlar həmin il ət kimi yumşaq olar və əməyə çox meyl etməzlər. Süfrəyə daha çox yeddi növdə xörək, əsasən də ağartı məhsullarından və bitkilərdən hazırlanmış nemətlər qoymaq lazımdır. Həmin gün süfrədə südlü aş, südlü qaymaq, səməni halvası, səbzili aş, sumaq, səməni olması vacibdir. Bayram süfrəsinin əsas atributları sayılan paxlava, şəkərbura və şorqoğalı qədim təsəvvürlərlə bağlıdır. Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR