Bank Of Baku

“Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib

“Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib
# 12 mart 2009 11:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Media Mərkəzində jurnalist, ekspert və universitetlərin jurnalistika fakültəsinin tələbələri üçün “Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib.
APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı alim Nəsiman Yaqublu bildirib ki, treninqin məqsədi problemləri mətbuat orqanlarında ictimai müzakirəyə çıxarmaq və həllinə kömək etməkdir.
Treninqin əsas məruzəçisi dinşünas alim Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi məlumatına istinadən bildirib ki, Azərbaycanda 533-dən çox dini icma qeydiyyatdan keçib. Onların 70-80 faizi islam təmayüllüdür. Dini saytların əhəmiyyətini qeyd edən E. Mirinin sözlərinə görə, bəzi şəxslərin islamı qəbul etməsində elektron resursların mühüm rolu olub.
E. Miri qeyd edib ki, bu gün Azərbaycan dilində minlərlə sayt olsa da, onların çox az qismi dini mövzulara həsr edilib. Bəzi dini saytlar isə missionerlik fəaliyyəti ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR