Bank Of Baku

“Həkimlik peşəsinin əsasları haqqında” qanun layihəsi hazırlanıb

“Həkimlik peşəsinin əsasları haqqında” qanun layihəsi hazırlanıb
# 12 mart 2009 12:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Həkimlər Assosiasiyası “Həkimlik peşəsinin əsasları haqqında” qanun (Azərbaycan Respublikasının Həkimlik Məcəlləsi) layihəsini hazırlayıb. Assosiasiyadan APA-ya verilən məlumata görə, layihədə həkimlərin cəmiyyətdə rolu, sosial vəziyyəti, məsuliyyəti, peşə toxunulmazlığı, tibb işçilərinin davranışı, onların xəstələrlə və xəstələrin qohumları ilə münasibətləri, xəstələrin əsas hüquqları, tibbi yardım və xidmətlərin təhlükəsizliyi, tibb işçiləri və təşkilatların xəstələrə vurduğu ziyana görə mülki-hüquqi məsuliyyəti yaradan əsaslar və s. məsələlər öz əksini tapıb.
Layihə artıq ictimaiyyətinin müzakirəsinə təqdim olunmaq üçün assosiasiyasının rəsmi www.ahaqht.or saytında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR