Bank Of Baku

Dövlət qulluğuna sənəd qəbulu bayram günləri də davam edəcək

Dövlət qulluğuna sənəd qəbulu bayram günləri də davam edəcək
# 12 mart 2009 13:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulunu bayram günlərində də davam etdirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq vakant vəzifələrin tutulması üçün martın 6-dan elan edilmiş müsabiqə və müsahibə üzrə sənəd qəbulu bayram günləri – martın 25, 26, 27 və 28-də saat 10:00-dan 15:00-dək aparılacaq. Qeyd edək ki, 30 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatları üzrə elan edilən müsabiqə və müsahibəyə 890 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Vakant dövlət qulluğu vəzifələrindən 640-ı müsabiqəyə, 250-si isə müsahibəyə çıxarılıb.
Qanunvericiliyə uyğun olaraq müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan vətəndaşlar isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Bu günə qədər müsabiqə və müsahibədə iştirak etmək üçün 200-dən artıq vətəndaş Komissiyada qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR