Bank Of Baku

Ötən il Bakıda 249 obyektdə tikinti-quraşdırma işlərinin normalara uyğun aparılmadığı müəyyənləşdirilib

Ötən il Bakıda 249 obyektdə tikinti-quraşdırma işlərinin normalara uyğun aparılmadığı müəyyənləşdirilib
# 12 mart 2009 16:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan araşdırmalar zamanı ölkə üzrə tikilməkdə olan 115 obyektdən 40-nın layihəsinə ekspert rəyi olmadığı, həmçinin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədən 39 binanın faktiki istismar olunduğu aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Hesabat dövründə Bakı şəhərindəki 327 yaşayış binasında yoxlama-nəzarət işləri aparılıb, 52 obyektdə pozuntular aşkarlanıb. Ölkə ərazisində dövlət büdcəsi hesabına maliyyələşdirilən 857, o cümlədən Bakıda 249 obyektdə tikinti-quraşdırma işlərinin tikinti normalarına uyğun aparılmadığı müəyyənləşdirilərək qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib. Seysmik davamlılığın yoxlanılması məqsədilə təqdim olunmuş 754 layihədən 622-nə müsbət rəy verilib. Bundan əlavə, ötən il 252 müəssisəyə məxsus 277 qum və qum-çınqıl karxanasının istismar və istehsal sahələrinə baxış keçirilib, 105 karxananın fəaliyyəti isə dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR