Bank Of Baku

Ötən il Azərbaycan FHN xaricdən 1,5 mln. ABŞ dolları dəyərində avadanlıqların alınmasına dair müqavilələr imzalayıb

Ötən il Azərbaycan FHN xaricdən 1,5 mln. ABŞ dolları dəyərində avadanlıqların alınmasına dair müqavilələr imzalayıb
# 12 mart 2009 16:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2008-ci ildə humanitar yüklərin daşınması və xilasetmə əməliyyatlarında istifadə məqsədi ilə 2 ədəd Ka-32A markalı vertolyotun alınmasına dair müqavilə bağlayıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2008-ci ilə dair hesabatında bildirilib.

Hesabat dövründə müayinə və sınaq işlərinin həyata keçirilməsi məqsədilə Almaniya, İsveçrə, İtaliya, Türkiyə və Rusiyadan 1,5 mln. ABŞ dolları dəyərində avadanlıqların alınmasına dair müqavilələr imzalanıb, bu avadanlıqların bir hissəsi ölkəyə gətirilib.

Ötən il FHN tərəfindən həmçinin, Fransadan “İveco-Camiva” markalı 68 ədəd və Almaniyadan “Man-Zieqler” markalı 37 ədəd yanğınsöndürən avtomobil, Almaniya istehsalı olan 10 ədəd “Mercedes-Benz” şassisi üzərində quraşdırılmış yük avtomobili, ABŞ istehsalı olan 14 ədəd ağır texnika (uçqunların təmizlənməsi üçün ekskavator) və Almaniya istehsalı olan 16 ədəd qəza-xilasetmə avtomobili, 25 ədəd motosiklet, Rusiya istehsalı olan 2 ədəd “Mİ-17-1B” vertolyotu və 1 ədəd “BE-200 ÇS” amfibiya tipli təyyarə, Yaponiya istehsalı olan “Yamaha” tipli 4 ədəd qayıq, Türkiyə istehsalı olan 1 ədəd xüsusi təyinatlı «Temsa Diamond» avtobus, Belarus istehsalı olan 4 avtoyanacaqdoldurucu, 1 ədəd avtoçən, 2 ədəd aerodrom yanacaqdoldurucusu, 4 ədəd «İveco Otoyol», 2 ədəd «Ford Tranzit 430e» avtomobili, 1 ədəd avtoqreyder və 1 ədəd asfaltbasan alınaraq istifadəyə verilib.

Hesabat dövründə bunlardan başqa, bina və qurğuların texniki müayinəsi üçün 1 komplekt mobil diaqnostik kompleks, nazirliyin inzibati binasında telekommunikasiya sisteminin genişləndirilməsi üçün xüsusi avadanlıq, yanğınsöndürənlər üçün Birləşmiş Ərəb Əmirliklərindən 4500 dəst xüsusi təyinatlı geyim və onlara aid avadanlıqlar, Mülki Müdafiə Qoşunları üçün xüsusi təyinatlı geyimlər, Xüsusi Riskli Xilasetmə Xidməti üçün müxtəlif adda xüsusi texniki vasitələr, Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin qurulması üçün vacib texniki vasitələr və digər avadanlıqlar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR