Bank Of Baku

Naxçıvanın tarixi atlası hazırlanır

Naxçıvanın tarixi atlası hazırlanır
# 13 mart 2009 08:04 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) tarixi atlası nəşr ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-nın yerli bürosuna verilən məlumata görə, atlasda regionun müxtəlif dövrlərinin tarixi coğrafiyasını əks etdirən 50-yə qədər xəritə öz əksini tapacaq.
Naxçıvan MR Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi ilə birgə hazırlanan atlasın iyun ayınadək çap olunması nəzərdə tutulur. Yeni nəşrdə yer alan xəritələrdə Naxçıvanın qədim yaşayış məskənləri, Sovet dönəmində zorla ermənilərə verilən ərazilər, daş və mis dövrünün, qədim türk abidələrinin yayıldığı areallar da ayrıca yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR