Bank Of Baku

Axır çərşənbəyə həsr olunmuş silsilə bayram tədbirləri keçiriləcək

Axır çərşənbəyə həsr olunmuş silsilə bayram tədbirləri keçiriləcək
# 13 mart 2009 09:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Martın 17-də Bakıda şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Axır çərşənbəyə həsr olunmuş silsilə bayram tədbirləri keçiriləcək. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən yaydığı xəbərə görə, bayram şənliyi saat 11-də Azneft meydanında başlayacaq. Sonra tədbir iştirakçıları Atəşgaha – qədim atəşpərəstlik məbədinə üz tutacaq. Rəngbərəng bayram yürüşünün iştirakçıları arasında Novruz bayramının əsas simaları, nağıl və epos qəhrəmanları – Dədə Qorqud, Bahar qızı, keçəl, kosa, cəngavərlər və başqaları olacaq. Qəhrəmanlar bəzədilmiş faytonlarda əyləşəcək, yürüşün önündə isə 20 atlı gedəcək. Atəşgaha istiqamətlənəcək bayram yürüşü üç saat, məbəddə keçiriləcək bayram şənliyi də təxminən bu qədər davam edəcək. Od qədim məbəddən götürüldükdən sonra şəhərə gətiriləcək. Dədə Qorqud Bahar qızı ilə birlikdə odu Qız qalasına qaldıracaq və Novruz bayramının gəlişinin rəmzi kimi orada məşəl yandıraraq şəhər əhlini bundan xəbərdar edəcək. Saat 19-da isə Qız Qalasının yanında xüsusi quraşdırılmış səhnədə iki saatlıq bayram konserti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR