Bank Of Baku

Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2%-ə enib

Azərbaycanda yoxsulluğun səviyyəsi 13,2%-ə enib
# 13 mart 2009 09:27 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan hökuməti son beş ildə ölkədə yoxsulluğun səviyyəsini 3,4 dəfə azaldıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2008-ci ilin yekunları ilə bağlı hazırladığı hesabatda deyilir.

Rəsmi hesablamalara görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu ilin əvvəlinə 13,2% təşkil edib. Nəticədə, 2008-ci ildə bu göstərici 2,6 faiz bəndi azalıb, halbuki 2007-ci ildə azalma 5 faiz bəndinə bərabər olub.

Hökumətin hesabatında qeyd olunur ki, Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə yeni Dövlət Proqramının uğurla həyata keçirilir. BMT tərəfindən hökumət qarşısında qoyulan Minilliyin İnkişaf Məqsədlərində əsas hədəf 2015-ci ilədək Azərbaycanda yoxsulluq səviyyəsini 10%-ə çatdırılmasıdır. Bu sahədə hökumət ümumi makroiqtisadi sabitliyi qorumaq, dinamik iqtisadi artımın davamlığını təmin etmək, inflyasiya və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlamaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR