Bank Of Baku

Azərbaycanın şimal rayonlarına qar yağıb

Azərbaycanın şimal rayonlarına qar yağıb
# 16 mart 2009 11:06 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva – APA. Martın 15-də günün ikinci yarısından etibarən Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib. APA-nın şimal bürosunun xəbərinə görə, bu gün səhərdən başlayaraq bölgə rayonlarına qar yağmağa başlayıb. Quba, Qusar və Xaçmaz rayonlarına yağan qar havanın hərarətini ötən günlə müqayisədə 5-7 dərəcə aşağı salıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, Quba şəhərinə 4 sm, Qusar şəhərinə 10 sm qar düşüb. Ən çox qar yağıntısı isə Qubanın ucqar kəndlərində qeydə alınıb. Xatan kəndidə 14 sm qar və 7 dərəcə şaxta, Xınalıqda 5 sm qar, 6 dərəcə şaxta qeydə alınıb. Qeyri-sabit hava şəraitinin martın 18-dək davam edəcəyi, dağlıq ərazilərdə qarın intensiv hal alacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR