Bank Of Baku

Bakı Reklam Festivalı keçiriləcək

Bakı Reklam Festivalı keçiriləcək
# 16 mart 2009 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 23-dən 30-dək Bakıda Reklam Festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalın Təşkilat Komitəsinin sədri Famil Tağıyev keçirdiyi mətbuat konfransında bildirib ki, festival “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Reklamçılar İttifaqı və Azərbaycan Milli Araşdırmalar Assosiasiyasının dəstəyi ilə təşkil olunur. Məqsəd Azərbaycanda hazırlanan reklamların səviyyəsini beynəlxalq standartlara çatdırmaq, reklamlarda yaradıcılığın artırılmasını stimullaşdırmaq, reklam şirkətləri arasında rəqabət gücünü, reklamverici müəssisələrin reklamdan məmnunluq faizini artırmaqdan ibarətdir. Festivala təqdim olunan reklamlar 8 kateqoriya – çap işləri, reklam fotoları, küçə reklamları, internet reklamları və internet saytları, etiket və qablaşdırma, televiziya reklamları, tranzit reklamları, POS materiallar və qrafik dizayn üzrə müsabiqədən keçəcək. Kateqoriyaların dəyərləndirilməsi reklam sahəsində tanınmış münsiflər heyəti tərəfindən aparılacaq. Festivalın sonunda 8 kateqoriya üzrə 48 mükafat təqdim ediləcək. Onlardan 8-i birinci, 16-sı ikinci, 24-ü isə üçüncü yerlə bağlı olacaq. Festivalın əsas mükafatı “Crystal Butterfly”dir (“Krital kəpənək”). İndiyədək festival üçün 130 reklam təqdim olunub. Reklamların qəbulu martın 19-dək davam edəcək. Festivalın finalı aprelin 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR