Bank Of Baku

Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası Beynəlxalq Avrasiya Mətbuat Fondundan məsləhət istəyib

Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası Beynəlxalq Avrasiya Mətbuat Fondundan məsləhət istəyib
# 16 mart 2009 12:28 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi ölkələri özünün sığınacaq siyasətinin müxtəlif dövlətlərin mətbuatında geniş əks olunmasını və bu məsələyə daha da çox maraq yaratmaq niyyətindədir. Bu məqsədlə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasından (ECRE) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) məktub göndərilib. BAMF-ın İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, məktubda ECRE üzvləri arasında mətbuatı fəaliyyətinin əsası hesab edən təşkilatların olmasının sevindirici hal olduğu qeyd edilib. BAMF-n bir media qurumu olaraq məcburi köçkünlərlə, qaçqınlarla apardığı işlərdən məlumatlı olan təşkilat yetkilisi Ana Fontal məktubda bunları bildirib: “Qaçqın və jurnalistlər arasında əlaqələrin asanlaşdırılması sahəsində təcrübənizi bizimlə bölüşsəniz çox yaxşı olardı. Belə təcrübədən yararlanmaq istəyən jurnalistlər də bunu tez-tez bizdən xahiş edirlər.”
Məktubda xüsusi olaraq vurğulanıb ki, birgə əməkdaşlığın daha da gücləndirilməsi, yerli mətbuat təşkilatları ilə əlaqələrin intensivləşməsi ECRE üçün mühüm əhəmiyyət daşıyır. Bununla bağlı BAMF-də qurumun sədri Umud Rəhimoğlunun rəhbərliyi ilə keçirilən müzakirədə yerli mətbuat təmsilçiləri ilə bu beynəlxalq qurum arasında əlaqələrin gücləndirilməsi barədə təkliflər müzakirə olunub. 2009-cu ildə “ECRE-nin mətbuatla əlaqə şəbəkəsinin gücləndirilməsi mühüm addım kimi qiymətləndirilib və bunun mətbuatın inkişafına da bir təkan olacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR