Bank Of Baku

Azərbaycanın qərb rayonlarına yağan qarın qalınlığı 35 santimetrə çatıb

Azərbaycanın qərb rayonlarına yağan qarın qalınlığı 35 santimetrə çatıb
# 16 mart 2009 12:49 (UTC +04:00)
Nəzakət Məşədiəliqızı- APA. Dünəndən başlayaraq Azərbaycanın qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Gədəbəy və Daşkəsən rayonlarına küləklə müşahidə edilən qar yağıb. Daşkəsən rayonunda qar örtüyünün qalınlığı 25-35 santimetrə çatıb. Daşkəsən rayon İcra Hakimiyyətinin şöbə müdiri Malik Ələsgərov APA-nın qərb bürosuna bildirib ki, Gəncə-Daşkəsən magistral yolunda avtomobillərin hərəkətinə məhdudiyyət yaranmamsı üçün 22 saylı Yol İstismar İdarəsi yollara qum və duz töküb. Yollar bağlanmasa da, hərəkət edən avtomobillərin sayı xeyli azalıb.
Rayonun Dəstəfur kəndinə isə dünən axşamdan elektrik enerjisinin verilişində problem yaranıb. Hava şəraiti pis olduğundan indiyə qədər elektrik enerjisinin verilişini bərpa etmək mümkün olmayıb. Ötən gün Gədəbəy rayonuna düşən qar 20 -25 santimetrə çatıb və hazırda qar yağmaqda davam edir. Rayonda nəqliyyatın hərəkəti çətin olan hissələrə qum və duz səpilir.
Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonları və Gəncə şəhərinə isə gecədən etibarən intensiv yağış yağmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR