Bank Of Baku

Salyan Gigiyena və Epidemiologiya mərkəzinin müdiri əmək qanunvericiliyin tələblərini pozaraq 7 nəfəri işdən azad edib

Salyan Gigiyena və Epidemiologiya mərkəzinin müdiri əmək qanunvericiliyin tələblərini pozaraq 7 nəfəri işdən azad edib
# 16 mart 2009 13:58 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayon Gigiyena və Epidemiologiya mərkəzinin müdiri əmək qanunvericiliyin tələblərini pozaraq 7 nəfəri işdən azad edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon 11 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyindən daxil olan məktubda qeyd olunub. Məktubda bildirilib ki, bağlanmış əmək müqavilələrinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri Salyan rayon Gigiyena və Epidemiologiya mərkəzinə yeni təyin edilmiş müdiri İntiqam Abışov tərəfindən pozulub. 11 saylı bölgə üzrə Dövlət Əmək müfəttişliyinin 11 mart 2009-cu il tarixli “002072 saylı” “Göstəriş” verilsə də GEM-in rəisi tərəfindən icra olunmayıb. İşçilər İntiqam Abışovun qanunsuz əməlindən rayon məhkəməsinə və prokurorluğa müraciət ediblər.
Salyan rayon Gigiyena və Epidemiologiya mərkəzinin müdiri məsələ ilə bağlı APA-nın əməkdaşının sualını cavablandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR