Bank Of Baku

Maydan Azərbaycanda əmək yarmarkaları keçiriləcək

Maydan Azərbaycanda əmək yarmarkaları keçiriləcək
# 16 mart 2009 14:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi may ayından etibarən ölkə ərazisində əmək yarmarkalarının keçirilməsinə başlayacaq. Bu barədə APA-ya idarənin rəis müavini Şahbaz Xələfov məlumat verib.
Ş.Xələfovun sözlərinə görə, rəsmi və qeyri-rəsmi məlumatlar əsasında ölkə əhalisinin 6,1-6,2%-nin işsiz olduğu təxmin edilir. Hazırda respublikanın məşğulluq xidməti orqanlarında 45 minə yaxın işsiz qeydiyyatdadır və onların 2 158 nəfəri işsizlik müavinəti alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR