Bank Of Baku

«Azərenerji» ASC: Novruz bayramı günlərində Azərbaycanda işıq problemi olmayacaq

«Azərenerji» ASC: Novruz bayramı günlərində Azərbaycanda işıq problemi olmayacaq
# 16 mart 2009 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC Novruz bayramı günlərində Azərbaycanda istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlayıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən qurumun Mərkəzi Dispetçer İdarəsinə istinadən məlumat verilib.
Bu məqsədlə ehtiyatda olan elektrik avadanlıqları təmir edilib və tam hazırlıq vəziyyətinə gətirilib. Səhmdar cəmiyyəti bəyan edib ki, bayram günlərində tələbatın artmasına baxmayaraq, respublikada elektrik enerjisi ilə təminatda problem olmayacaq.
«Azərenerji» ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən verilən məlumata görə isə enerji təchizatı müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün yüksəkgərginlikli elektrik şəbəkə müəssisələri martın 16-dan başlayaraq gücləndirilmiş iş rejiminə keçiblər. Əlavə mal-material ehtiyatı yaradılıb, növbətçi briqadaların sayı artırılıb və nəqliyyat vasitəsilə də təmin olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR