Bank Of Baku

Göyçayın daha bir kəndinə təbii qaz verilib

Göyçayın daha bir kəndinə təbii qaz verilib
# 16 mart 2009 16:45 (UTC +04:00)
Göyçay- APA- Şahnəzər Bəşirov. Gцyзay rayonun daha bir kəndinə təbii qaz verilişi bərpa olunub. APA-nın yerli bürosunun xəbərinə görə martın 16-da rayonun Çayarxı kəndinə 20 illik fasilədən sonra ilk dəfə təbii qaz verilib. Rayon mərkəzinə bitişik olan Çayarxı kəndinin 2000-ə yaxın sakini uzun illərdir ki, evlərinin qızdırılması, mətbəx işlərinin görülməsi ьзьn odun və neftdən yanacaq kimi istifadə edib. Bələdiyyənin və yerli əhalinin birgə səyi və maliyyə vəsaiti hesabına 2008-ci ilin sentyabrından kənddə qaz xətlərinin bərpasına başlanılıb. Üç ay ərzində köhnə qaz xətlərinin bir hissəsi təmir edilib, yararsız hissələri yenisi ilə əvəzlənib. Rayon Qaz İstismar İdarəsinin razılığı əsasında abonentlərin öz vəsaitləri hesabına 250 mənzildə qaz sayğacı alınıb və quraşdırılıb. Yaxın günlərdə Çayarxı kəndinin daha 88 mənzilində sayğac quraşdırılması və abonentlərin təbii qazla təmin olunması nəzərdə tutulub.
Hazırda Göyçay şəhəri ilə yanaşı rayonun 3 kəndində təbii qazdan istifadə olunur. Bu ilin sonunadək rayonun Qaraməryam, Yekəxana, Şahsoltanlı, Qarayazı, Cəyirli, Kürdəmiş, Türkmən, Şəhadət, Ərəbcəbirli, Mirzəhüseynli, Qarabaqqal, Hacalıkənd, Qarabağlar, Bığır və Hüngütlü kəndlərinin qazlaşdırılması planlaşdırılıb. Magistral qaz kəmərinə yaxın olan bu kəndlərdə hazırda təbii qaz borularının təmir-bərpası və yararsız hissələrinin dəyişdirilməsi prosesi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR