Bank Of Baku

Türkiyə səfiri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə səfiri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 17 mart 2009 08:55 (UTC +04:00)
Bakı – APA. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Səfirlikdən APA-ya verilən məlumata görə, H. Kılıçın təbrik mesajında deyilir: “Türk dünyasının qədim bayramı olan Novruzun gəlişi münasibətilə qardaş Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Azərbaycandakı rəsmi vəzifəmin bir ili içərisində ikinci Novruz bayramını da burada qeyd etməkdən böyük xoşbəxtlik və sevinc hissi duyuram. Novruzun Azərbaycanda yaşayan bacı və qardaşlarıma və bütün türk dünyasına sülh, əmin-amanlıq, bərabərlik, sevinc, xoşbəxtlik, bərəkət gətirməsini və Novruz bayramının hər il sonsuzadək böyük coşğu ilə qeyd edilməsini diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR