Bank Of Baku

Azərbaycanda çalışan əcnəbilərin sayı fevralda 14% azalıb

Azərbaycanda çalışan əcnəbilərin sayı fevralda 14% azalıb
# 17 mart 2009 09:01 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda çalışan əcnəbilərin sayı 2009-cu ilin fevral ayında 13,73% azalaraq martın 1-nə 4 400 nəfərə çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət Komitəsindən bildirilib ki, əcnəbilərin 1 400 nəfəri sənayedə, 1 100 nəfəri tikintidə, 600 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 500 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 400 nəfəri isə təhsil sahəsində işləyir.
Maraqlıdır ki, rəsmi qeydiyyata alınan əcnəbi işçi qüvvəsi sayının düşməsi tikinti, sənaye, eləcə də daşınmaz əmlakla əlaqədar xidmətlərin göstərilməsi sahəsində çalışanların azalması ilə bağlıdır. Sadalanan iqtisadi sahələrdə son bir ayda ixtisara salınan əcnəbilərin sayı 700 nəfərə çatıb.
Qeyd edək ki, müəssisə və təşkilatlarda iqtisadi əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar ölkədə iqtisadi fəal əhalinin sayından cəmi 0,1% təşkil edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR