Bank Of Baku

Novxanının sahil zolağında 5 ədəd modul tipli təmizləyici qurğuya baxış keçirilib

Novxanının sahil zolağında 5 ədəd modul tipli təmizləyici qurğuya baxış keçirilib
# 17 mart 2009 09:24 (UTC +04:00)
Bakı – APA. Novxanı qəsəbəsinin sahil zolağında 5 ədəd modul tipli təmizləyici qurğuya baxış keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, qurğuların fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 1575 kubmetr həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin ediləcək. Bununla əlaqədar qeyd olunan ərazinin 30 hektara yaxın sahəsinə drenaj kollektorları çəkilib.

Sumqayıt sahil zolağında gün ərzində 750 kubmetr həcmində çirkab suyu müvafiq norma və standartlara uyğun təmizləyərək dənizə axıdılmasını təmin edən 2 ədəd modul tipli təmizləyici qurğuların quraşdırılmasının son tamamlanma işləri həyata keçirilir və yaxın günlərdə istismara verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR