Bank Of Baku

Bu il Fransaya dövlət xətti ilə ali təhsil almaq üçün 60-70 azərbaycanlı tələbə göndəriləcək

Bu il Fransaya dövlət xətti ilə ali təhsil almaq  üçün 60-70 azərbaycanlı tələbə göndəriləcək
# 17 mart 2009 11:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Xarici ölkələrdə azərbaycanlı gənclərin təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək Fransaya ali təhsil almaq üçün 40-a yaxın tələbə göndərilib. APA-nın məlumatına görə, bu barədə təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib. Onun sözlərinə görə, 2007-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində bu il həmin ölkəyə daha 60-70 azərbaycanlı tələbənin göndərilməsi nəzərdə tutulur. E. Qasımov qeyd edib ki, Fransa ilə ali təhsil sahəsi üzrə əlaqələrin inkişafı məqsədilə həmin ölkənin bir çox universitetləri ilə müqavilələr imzalanıb. Nazir müavini Fransada təhsil almağın bir çox üstünlüklərinin olduğunu da söyləyib. Onun bildirdiyinə görə, Fransada ali təhsil demək olar ki, pulsuz olsa da, təhsilin səviyyəsi çox yüksəkdir: “Amma bizim böyük problemimiz var. Fransa universitetlərinə tələbələr çox çətinliklə qəbul olunurlar. Çünki dil baryeri var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR