Bank Of Baku

“Ümumtəhsil məktəblərində fransız dilinin tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

“Ümumtəhsil məktəblərində fransız dilinin tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib
# 17 mart 2009 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutunda “Ümumtəhsil məktəblərində fransız dilinin tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, institutun rektoru Asəf Zamanov əvvəlcə Fransada elmin inkişafı barədə qısa məlumat verib. O, Azərbaycanda fransız dilinin daha çox öyrənilməsini istədiklərini söyləyib. Təhsil nazirinin müavini Elmar Qasımov isə hazırda isə ingilis dilinin dünyada əsas ünsiyyət vasitəsinə çevrildiyini xatırladaraq bunu İngiltərənin vaxtilə müstəmləkə siyasəti həyata keçirməsi, nəticədə o dilin geniş yayılması ilə əlaqələndirib: “Bu, Azərbaycana da təsirini göstərib. Azərbaycanda valideynlər uşaqlarının ingilis dilində tədrisinə üstünlük verirlər. Ancaq dövlət siyasətimiz onu tələb edir ki, bir çox dillər üzrə mütəxəssislər hazırlanmalıdır”. Nazir müavini hesab edir ki, Fransa azərbaycanlı müəllimlərin bu ölkədə təkmilləşdirmə kursuna cəlb olunmasına yardım göstərsə, yaxşı olar: “Bu gün fransız dili müəllimlərinin Fransada təkmilləşdirmə kursuna getməsinə daha çox ehtiyac var. Hər il 10-20 müəllimimiz Fransada təkmilləşdirmə kurslarından keçsə, bu, gələcəkdə həmin ölkəyə daha çox azərbaycanlı tələbələrin göndərilməsinə imkan yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR