Bank Of Baku

BMT baş katibi Ümumdünya Su Ehtiyatları Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib

BMT baş katibi Ümumdünya Su Ehtiyatları Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib
# 17 mart 2009 12:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun 22 Mart - Ümumdünya Su Ehtiyatları günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, iqlim dəyişikliyi bir çox regionda su əldə etməyi daha da çətinləşdirir. Belə ki, buzlaqlar geriyə çəkilir, yağışın yağmasını əvvəlcədən xəbər vermək çətinləşir, daşqın və quraqlıqlar isə daha ifrat həddə çatır. Su ehtiyatlarını düzgün idarə etmək və müxtəlif ehtiyacları balanslaşdırmaq çox vacib məsələdir.

Müraciətdə daha sonra qeyd edilir ki, planetin su ehtiyatlarının çox hissəsi birgə istifadə edilir. Dünya əhalisinin 40 faizi iki və daha çox ölkə tərəfindən istifadə olunan 263 su hövzəsindən birinə yaxın yaşayır: “Məhdud su ehtiyatlarının bölüşərək birgə istifadəsi haqqında mütəmadi müzakirələr zamanı bu məsələnin kəskin mübahisələrə səbəb ola biləcəyi ilə barədə narahatlıq var. Təcrübələr isə göstərir ki, suyun hökumətlər və icmalar arasında münaqişələrə səbəb ola bilməsinə baxmayaraq, həqiqətdə vəziyyət tamamilə fərqlidir. Rəqabət yönümlü tələbatı olan insanlar bir qayda olaraq konfliktə girmək əvəzinə əməkdaşlıq edirlər. Dünyada, əsasən fikir ayrılığı olan tərəflər arasında bağlanmış 300-dən çox su ehtiyatlarının idarə edilməsi barədə beynəlxalq razılaşma var. Bu razılaşmalar göstərir ki, ümumi su ehtiyatlarının olması inam və sülhün möhkəmləndirilməsinə xidmət edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR