Bank Of Baku

“Novruz-2009” adlı Gənclərin Beynəlxalq Festivalı başlayıb

“Novruz-2009” adlı Gənclərin Beynəlxalq Festivalı başlayıb
# 17 mart 2009 12:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Novruz-2009” adlı Gənclərin Beynəlxalq Festivalı başlayıb. APA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İntiqam Babayevin festivalın başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, martın 22-dək keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası mübadiləni təşkil etməkdir. O, festivala Almaniya, Gürcüstan, Ukrayna, Polşa, Böyük Britaniya, Yaponiya, Qırğızıstan, Misir, Moldova, Rusiya, İordaniya, Suriya, Türkiyə və Azərbaycandan 30-dan artıq gəncin qatıldığını söyləyib. Festivalın proqramına əsasən qonaqlara “Dözümlülük”, “Yerli adət-ənənələr və qloballaşma”, “Müasir dünyada mədəniyyət”, “Musiqi özünü ifadə etmə üsulu kimi” mövzuları üzrə təlimlər təşkil ediləcək. Azərbaycan ailələrində Novruz axşamını qeyd edəcək iştirakçılar tarixi abidələrə baş çəkəcək, Bakıdakı bayram şənliklərinə qatılacaqlar. Festival və Novruz bayramı haqqında Avropa gənclərini məlumatlandırmaq məqsədilə ayrıca sayt (www.novruz.aegee-baki.org) da yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR