Bank Of Baku

Metroda gediş haqlarının artırılmasına etiraz olaraq aksiya keçirilib- FOTOSESSİYA

Metroda gediş haqlarının artırılmasına etiraz olaraq aksiya keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı Metropolitenində gediş haqlarının artırılmasına etiraz olaraq bir qrup gənclər təşkilatı Hüseyn Cavid bağında aksiya keçirib. APA-nın məlumatına görə bağa toplaşan gənclər “Tağıya istefa!”, “Qiymtləri endirin!” şüarları səsləndiriblər. Lakin əvvəlcədən ərazini nəzarətə götürən polis əməkdaşları aksiyanın qarşısını alıb. Aksiya iştirakçıları polislər tərəfindən saxlanılaraq 27 və 28-ci polis bölmələrinə aparılıblar. Saxlanılanlar içərisində Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da olub.

Qeyd edək ki, aksiya Müsavat Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, ADP Gənclər Təşkilatı, OL və AKM Gənclər Hərəkatları tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR