Bank Of Baku

Sumqayıt şəhəri üzrə elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib

Sumqayıt şəhəri üzrə elektrik enerjisi dəyərinin ödənişi 100%-i keçib
# 13 oktyabr 2009 12:11 (UTC +04:00)
Bakı – APA-Economics. Sumqayıt şəhərində cari ilin sentyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişində 78% abonent iştirak edib. Bu barədə “APA-Economics”ə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Həmid Alqayev məlumat verib.

Məlumata görə, cari ilin sentyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 501,29 min manat dəyərində, 8 354,77 min kVt/saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 611,18 min manat dəyərində ödəniş olub ki, bu da 121,9% təşkil edir.

Cari ilin sentyabr ayında Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 90,1% təşkil edib. Sumqayıt Qaz İstismar İdarəsindən “APA-Economics”ə bildirilib ki, cari ilin sentyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 369,4 min manat dəyərində, 3 693,8 min kVt/saat həcmində təbii qaz istifadə edilib. Ödənişdə 39 317 nəfər abonent iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, İcra Hakimiyyətində keçirilən su dəyərinin ödənişi ilə bağlı müşavirədən sonra ödəniş faizində artım var. Belə ki, cari ilin sentyabr ayında şəhərin güzəştsiz əhalisinə 396 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 247,5 min manat dəyərində ödəniş olub ki, bu da 62,5% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR